AZ

Bakının yollarında 13 istiqamət üzrə sıxlıq var -SİYAHI, FOTO

Paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaşanır.

 

Senzor.az bildirir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

 

Belə ki, hazırda:

 

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

 

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

 

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

 

6. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

 

7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 

8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 

9. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 

10. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

 

11. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

 

12. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

 

13. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində sıxlıq müşahidə olunur.

Seçilən
84
49
senzor.az

10Mənbələr