AZ

İsrail Qəzzada əməliyyatları bərpa edir

HƏMAS bütün girovların azad edilməsi ilə atəşkəs razılaşmasının ikinci mərhələsinə keçməyə razı olmasa, İsrail Qəzzada hərbi əməliyyatları 10 gün ərzində bərpa edə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” qəzeti mənbəyə istinadən məlumat yayıb.

Mənbə müzakirələrin dalana dirəndiyini bildirib:

“Hazırda bu istiqamətdə heç bir hərəkət yoxdur. İsrail və HƏMAS arasında razılıq əldə olunmasa, ÇAXAL təqribən 10 gün sonra anklavda döyüşləri bərpa edəcək”.

Seçilən
49
50
axar.az

10Mənbələr