Ermənistanın dövlət qurumlarına Rusiya ilə əlaqələri gücləndirmək tapşırılıb...
Poliqon xəbər verir ki, bu barədə Past qəzeti öz mənbələrinə istinadən yazır.
Nəşrin məlumatına görə, Milli Assambleya, Xarici İşlər Nazirliyi və funksiyalarına bu və ya digər şəkildə Rusiya tərəfi ilə əlaqəni daxil edən digər qurumlara rusiyalı həmkarları ilə mümkün qədər əlaqələri gücləndirmək, görüşlərdə və işgüzar səfərlərdə iştirak etmək, görüşlərə başlamaq, bir sözlə, münasibətləri normallaşdırmaq tapşırılıb.
Qəzet qeyd edir ki, hökumət dairələrində xarici siyasətdə, xüsusən də iqtisadi sahədə kəskin dəyişikliklərin mənfi nəticələri ilə bağlı müzakirələr intensivləşir.
Qeyd edək ki, son 2-3 ildə Ermənistanla Rusiya arasında münasibətlər xüsusilə hərbi-siyasi sahədə nəzərəçarpacaq dərəcədə soyuyub. İrəvan Moskva ilə təmaslarını azaldıb, KTMT-yə üzvlüyünün dondurulduğunu bəyan edib, bir sıra inteqrasiya proseslərindən uzaqlaşıb.
Poliqon.info