Olaylar.az xəbər verir ki, bu barədə "Past" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Milli Məclis, Xarici İşlər Nazirliyi və Moskva ilə təmaslara cavabdeh olan digər dövlət orqanlarına rusiyalı həmkarları ilə maksimum intensiv əlaqə qurmaq göstərişi verilib. Onlardan iclaslarda və işgüzar səfərlərdə iştirak etmələri, görüşlər təşkil etmələri, ümumilikdə, münasibətləri normallaşdırmaları tələb olunur.
Qəzetin yazdığına görə, hökumət dairələrində xarici siyasətdəki kəskin dəyişikliklərin, xüsusilə iqtisadi sahədə mənfi nəticələr doğura biləcəyi ilə bağlı müzakirələr artmaqdadır.
Qeyd edək ki, son 2-3 il ərzində Ermənistan-Rusiya münasibətləri, xüsusilə hərbi-siyasi sahədə xeyli soyuyub. İrəvan Moskva ilə təmaslarını azaldıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü dondurduğunu elan edib və bir sıra inteqrasiya proseslərindən uzaqlaşıb.