Mədəaltı vəzi xərçəngindən əziyyət çəkən tanınmış italyan aktrisa Eleonora Giorgi dünən vəfat edib.Missiya.Az xəbər verir ki, aktrisa 71 yaşında dünyasını dəyişib.
Məlumat üçün bildirək ki, Eleonora 1970-ci illərdə karyerasına başlayıb. 1975-ci ildə Bulqakovun romanı əsasında çəkilmiş "İtin ürəyi" filmində rol alıb. Həmçinin Adriano Çelentano və Renato Pozzetto ilə birlikdə "Məxməri Əllər", "Arvadım cadugərdir" filmində rol alıb.
Aktrisa 2023-cü ildə ona mədəaltı vəzi xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.
Zərintac MayisqızıMissiya.Az