Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 4 matç keçiriləcək.
Günün ilk qarşılaşmasında “Brügge” ilə “Aston Villa” görüşəcək. Əsas diqqətlər iksə Madrid derbisinə yönələcək. “Real” “Atletiko”nu sınağa çəkəcək.
“Arsenal” Niderland səfərində PSV ilə görüşəcək. “Lill” isə Dotmundda “Borussiya”nın qonağı olacaq.
Qeyd edək ki, ilk oyunlara martın 5-də yekun vurulacaq.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
4 mart
21:45. “Brügge” – “Aston Villa”
00:00. “Real” – “Atletiko”
00:00. PSV – “Arsenal”
00:00. “Borussiya” D – “Lill”
İdman.biz