AZ

Türk kino ulduzlarının toyu necə keçib? - (FOTO)

Yazını böyüt
Yazını kiçilt

Türkiyəli məşhurlar adət-ənənələrinə hörmət etsələr də, toy kimi mühüm tədbirlərdə daha müasir üslubda geyimlər seçirlər. Heç kimə sirr deyil ki, Şərq çoxdan öz ənənələrinə sadiqliyi ilə Qərbdən seçilib. Ona görə də türk toyları dedikdə, şübhəsiz ki, bahalı ipəklərdən tikilmiş paltarlar, təmtəraqlı mərasimlər, çoxlu qızıllar yada düşür.

Hafta.az bu məqalədə türkiyəli məşhurların toylarını necə qeyd etmələri barədə söhbət açır:

Nəslihan Atagül

2016-cı ildə "Sevgi etırafı" serialının ulduzu Neslihan Atagül aktyor Kadir Doğulu ilə ailə qurub. Boğazın Asiya sahilində yerləşən məşhur otellərdən birində cütlük təntənəli toy mərasimi keçirib.

Aktrisa gəlinliyini dünyanın ən yaxşı dizaynerlərinin paltarlarını təklif edən “Wakko Wedding”dən alıb. Qeyd edək ki, bu görüntü Neslihanı daha cazibədar göstərib.

Türkiyəli məşhurların əksəriyyəti toylarında balıq siluet paltarlarına üstünlük verirlər.

Fahriyə Evcen

Burak Özçivit və Fahriyə Evcen Türkiyənin ən məşhur cütlüklərindəndir. Onlar “Çalıquşu” serialının çəkilişləri zamanı tanış olublar və bundan sonra görüşməyə başlayıblar. Zaman keçdikcə cütlük arasındakı münasibət möhkəmləndi və onlar ailə həyatı qurmağa qərar veriblər.

Fahriyə və Burak 2017-ci ildə evləniblər. Aktrisanın seçdiyi paltar Neslihan Atagülün geyiminə çox bənzəyir.

Düzgün geyimin müxtəlif aspektləri var. Məsələn, Evcenin geyindiyi paltar çoxqatlıdır və arxası çox dardır. Maraqlıdır ki, iki gəlinin toy görüntülərinin oxşarlığı sensasion müzakirələrə səbəb olub: o, aktrisa Neslihanın paltarını qəsdən kopyalamaqda ittihamlanıb. Paltarlar həqiqətən də oxşardır, onları dizayner Rəşit Bağzıbağlı hazırlayıb. Dizayner uzun müddət mübahisələrdən uzaq durmağa çalışsa da, sonda bu vəziyyətə öz münasibətini bildirib: “Fahriyə xanımla bir çox varianta baxdıq, gəlinlik necə olmalıdır deyə çaşıb qaldı. Geyimi aktrisa çox bəyənib və məhz belə gəlinlik istədiyini bildirib. Bu, onun arzusu idi”, - geyim dizayneri deyir.

Demet Özdəmir

2022-ci ilin avqustunda "Erkənci quş" serialında baş qəhrəman rolunu oynayan Demet Özdemir musiqiçi Oğuzhan Koçla ailə qurub. Onların toyu pis hava şəraitinə görə gecikib. İstanbula güclü yağış yağdığından mərasim bir neçə gün təxirə salınıb.

Bununla belə, Demet eyni anda iki görüntü ilə qonaqları təəccübləndirə bilib. Onun ilk paltarı toxunmuş parçadan tikilmişdi. Paltar özünəməxsus görünüşə malik idi: aşağı arxa hissəsi toxunmuş parçadan tikilib və krujeva ilə bəzədilib. Belə gəlinliklərə nadir hallarda rast gəlinir.

Buna baxmayaraq, Özdəmirin Nihan Pekerin hazırladığı ilk libası bəzi pərəstişkarları tərəfindən tənqid edilib. Aktrisanın qeyri-adi libası hər kəsin xoşuna gəlməyib.

Rəqsdən sonra Demet ikinci geyimdə görünüb. Yan cibləri olan paltarı london dizayneri Aleksander MakQuin hazırlayıb. Cütlüyün evliliyi uzun sürməsə də, onların toyunu çoxları xatırlayıb.

Başak Gümulcinəliolu

“Kapımı döy” serialının ulduzları Başak Gümülcinəlioğlu və Çağrı Çitanak 2022-ci ilin sonunda evləniblər.

Aktrisa daha az dəbdəbəli paltar seçmək qərarına gəlib. Başakın toyunda o, yumşaq parçadan tikilmiş uzun libasda görünüb. A-line paltarın qollarında incə krujeva naxışı var.

Özgə Gürel

"Bay yanlış" serialının ulduzu Özgə Gürel taleyini aktyor Sərkan Çayoğlu ilə bağlamaq qərarına gəlib. Cütlüyün İtaliyaya xüsusi sevgisi var, sevgiləri 9 il əvvəl orada doğulub. Ona görə də orada evlənmək istəyiblər, amma Sərkanın valideynləri toyun vətənləri Almaniyada olmasını istəyiblər.

Özgənin paltarını Vakko Couture və məşhur dizayner Qaliya Lahav hazırlayıb. Aktrisanın gəlinlik imici əvvəlki həmkarlarının libaslarından tamam fərqlidir. Paltarın sinə hissəsindəki bəzək onu daha gözəl göstərib.

Seçilən
47
hafta.az

1Mənbələr