Təcili tibbi yardım briqadası tərəfindən 52 və 57 yaşlı 2 nəfərin (qadın və kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.03.2025-ci il tarixində saat 18:45 radələrində Maştağa qəsəbəsi, H.Aslanov küçəsi ərazisində yerləşən həyət evindən dəm qazı zəhərlənməsi səbəbilə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.