AZ

Le Pen Fransa qoşunlarının Ukraynaya göndərilməsinə qarşıdır

Le

Fransa Milli Assambleyasındakı ultra-sağçı "Milli Birlik" fraksiyasının sədri Marin Le Pen, Ukraynaya Fransız qoşunlarının yalnız BMT-nin sülhməramlı missiyası çərçivəsində göndərilməsinin qəbul edilə biləcəyini bildirib.“Ulusum”.az-ın məlumatina görə, bazar ertəsi parlamentdə Ukraynadakı vəziyyətlə bağlı müzakirələr zamanı siyasətçi deyib: "Ukrayna torpaqlarına Fransanın döyüş qoşunlarının göndərilməsi dəlilikdir".Onun sözlərinə görə, yalnız "mavi şapkalar" missiyasına dair əməliyyatda iştirak mümkün ola bilərdi.Le Pen həmçinin Fransa Prezidenti Emmanuel Makronun Avropa birgə nüvə saxlama qüvvələrinin yaradılması ideyasını tənqid edib. "Milli Birlik" partiyasının rəhbəri hesab edir ki, "birgə istifadə bu silahın ləğvini nəzərdə tutur". Onun fikrincə, "nüvə silahı suverenliyin ən yüksək formasıdır".Fransız siyasətçisi "Ukraynaya reallıqla dəstək verməyə" və "öz milli maraqlarını unutmamağa" çağırıb.

Diqqət Çəkənlər

Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüş keçirib

İlham ƏIiyev Oljas Bektenovu qəbul edib

Közərmə lampalarına qadağa qoyulacaq

Seçilən
17
ulusum.az

1Mənbələr