AZ

"Liverpul" Salahın əvəzləyicisini tapdı: "Barselona"da

"Barselona"nın cinah oyunçusu Rafinya "Liverpul"un maraq dairəsinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

Mənbənin sözlərinə görə, İngiltərə nəhəngi 28 yaşlı futbolçunu müqaviləsi mövsümün sonun başa çatacaq Məhəmməd Salahın əvəzedicisi kimi nəzərdən keçirilir. "Barsa" braziliyalı vingeri təxminən 100 milyon avroya satmağa hazırdır.

Bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 38 matçda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib. "Transfermarkt"a görə, bazar dəyəri 80 milyon avrodur.

Seçilən
13
8
publika.az

10Mənbələr