AZ

AFFA iki kluba texniki məğlubiyyət verib

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

İdman.biz xəbər verir ki, yığıncaqda II Liqanın XIV turunun baş tutmayan oyunları da müzakirə olunub.

“Şahdağ Qusar” – “Kür-Araz” oyununa təyin edilmiş vaxtda stadiona gəlməyən qonaqlara 0:3 hesablı texniki məğlubiyyət verilib. “Kür-Araz” 400 manat cərimələnib.

“Ağdaş” – “Şimal” görüşü meydan sahibi vaxtında stadionu hazır vəziyyətə gətirmədiyinə, oyun günü planını pozduğuna, AFFA nümayəndəsinin tələblərini yerinə yetirmədiyinə, eyni zamanda matçın başlama vaxtından 45 dəqiqə sonra Təcili Tibbi Yardım avtomobili olmadığına görə baş tutmayıb. Bunun üçün “Ağdaş”a 0:3 hesablı texniki məğlubiyyət verilib. Komanda 250 manat cərimələnib.

İdman.biz

Seçilən
5
2
idman.biz

10Mənbələr