AZ

Azərbaycan millisi Haiti yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandasının yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Haiti yığkası ilə qarşılaşacaq. 

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Matçın başlama saatı barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Seçilən
8
24
fanat.az

10Mənbələr