AZ

Depozit faizləri kəskin artdı, qorunan faizlər dəyişəcəkmi?

"Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərində kəskin artımlar müşahidə olunur.  Sistem əhəmiyyətli banklarda ABŞ dollarında əmanət üzrə illik faizlər 4.5 faizədək yüksəlib. Hətta nəinki illik depozit faizləri, hətta 3 aylıq faizlər belə 3.0 faizədək artıb. Burada diqqəti çəkən əsas məqamlardan biri odur ki, banklar artıq depozitlərə sığortalanan faizlərdən daha çox gəlir təklif edirlər. Bu isə təbii ki, qorunmayan depozitlərin həcminin artmasına səbəb olacaq".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qanunvericiliyə əsasən, hazırda hər bir iştirakçının bankda 100 min manatadək depozitləri sığortalanır:

"Qorunan əmanətlərin illik faiz dərəcəsi milli valyutada 12.0, xarici valyutada isə 2.5 faizdir.
Göründüyü kimi, xarici valyutada qorunan əmanətlərin maksimum faiz dərəcəsi 2.5 faiz olsa da belə hazırda əksər banklarda həmin əmanətlər üzrə depozit faizi 5.0 faizə çatmaqdadır. Bu isə o deməkdir ki, qorunan əmanət faizindən yüksək depozit gəliri təklif edən vəsait məbləğindən asılı olmayaraq sığortalanmır. Yəni, bank müflis olarsa o əmanətlər geri qaytarılmır.

Bu arada, cəmi depoztilərin həcmi 2025-ci ilin yanvar ayının sonuna əvvəlki ay ilə müqayisədə 40 milyard 270 milyon manatdan 40 milyard 175 milyon manatadək azalıb. Azalma qeyri-maliyyə təşkilatlarının yerləşdirdiyi depozitlərin müvafiq dövrdə 22 milyard 532 milyon manatdan 21 milyard 756 milyon manata düşməsi ilə bağlıdır. 

Maraqlıdır ki, əgər banklarda izafi vəsaitlər, yəni resurs artıqlığı varsa, o zaman niyə bahalı depozit siyasəti həyata keçirilir? Əslində depozit faizlərindəki artımlar banklardakı izafilik deyil, əksinə vəsaitə tələbin olmasından xəbər verir. Bu isə kredit bazarı üçün yaxşı siqnal deyil".

Səfurə

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
120
25
Demokratikmusavat.com

10Mənbələr