AZ

Milli həyəcanı ilk dəfə Sumqayıtda - STATİSTİKA

Futbol üzrə Azərbaycan yığması daha bir yoldaşlıq matçına çıxacaq.

Apasport.az xəbər verir ki, komandamız Haitini qəbul edəcək.

Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq. Bu, “gənclik şəhəri” tarixində ilk milli qarşılaşma kimi tarixə düşəcək.

Yığmamız indiyədək çıxdığı 113 matçı 12 arenada keçirib. Üstəlik, Belarus millisi ilə görüş də fərqli meydanda baş tutacaq.

Bununla da, Sumqayıt şəhər stadionu və “Bank Respublika Arena” həmin siyahıda ardıcıllıqla 13 və 14-cü olacaqlar.

Sumqayıt özü isə yığmamıza qucaq açan 8-ci şəhər kimi yadda qalacaq. Bunadək millimiz ev oyunlarını Bakı, Gəncə, Lənkəran, Qəbələdə keçirib. Daha 3 oyun isə ölkə xaricində baş tutub.

Seçməmiz müəyyən səbəblərdən matçlarına Türkiyənin Trabzon, Albaniyanın Elbasan və Xorvatiyanın Zapreşiç şəhərində çıxıb.

Qeyd edək ki, Azərbaycan – Haiti matçı martın 22-də saat baş tutacaq.

“Zirə” Tovuz səfərində - YENİLƏNİR

Vaqif Cavadov: "İndi də istefa verə bilərəm"

Qurban Qurbanov: “Vacib olan qarşıdakı oyundur”

“Qarabağ"dan qələbə: “Sumqayıt”ın qol həsrəti davam edir - YENİLƏNİB

Cavid Hüseynov: “Sadəcə səthi yanaşırsız bu işlərə. Əsasən də…”

Seçilən
48
apasport.az

1Mənbələr