AZ

Qırıcı təyyarə təlim zamanı yoxa çıxdı

Filippin Hərbi Hava Qüvvələrinə məxsus “FA-50” döyüş təyyarəsi təlim zamanı itib.

"Cebheinfo.az" "Philstar" qəzetinə istinadən xəbər verir ki, təlimlər çərçivəsində Sebu şəhərindən “FA-50” qırıcıları havaya qalxıb.

Təyyarələr hədəfin olduğu əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl onlardan biri ilə əlaqə kəsilib.

Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb.

Hərbi Hava Qüvvələri itkin düşən təyyarə və ekipajın tapılması üçün axtarışlara başlanıldığını açıqlayıb.

Seçilən
38
2
cebheinfo.az

4Mənbələr