AZ

Azərbaycanlı xaricdə oyun vaxtı orucunu açdı, iftar etdi - VİDEO

“Eqnatiya"nın azərbaycanlı futbolçusu Zamiq Əliyev öz hərəkəti ilə Avropada gündəm olub.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin komandadakı bəzi futbolçularla birgə müqəddəs Ramazan ayında oruc tutaraq, yerli çempionatda oynaması “Euronews”un diqqətindən yayınmayıb.

Z.Əliyev martın 2-də "Eqnatiya"nın heyətində "Teuta" ilə matçın gedişatında orucunu açıb.

Görüşün baş hakimi 35-ci dəqiqədə azan sədalarını eşidən kimi qarşılaşmanı dayandırıb və oyunçuların iftarı açmalarına icazə verib.

Yığmamızın da şərəfini qoruyan Zamiq ötən ilin yayından Albaniyadadır. Onun komandası ölkə çempionatına liderlik etməklə yanaşı, kubok yarışında da yarımfinala vəsiqə qazanıb.

Seçilən
6
6
sportinfo.az

10Mənbələr