Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ-ni 800 milyard avro büdcə ilə yenidən silahlandırmağı və silah istehsalı üçün 650 milyard avro təmin etmək üçün cari müdafiə xərclərini 1,5 faiz artırmağı təklif edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bundan əlavə, Aİ Komissiyasının sədri Aİ-də hava hücumundan müdafiə sistemlərinin və Ukrayna üçün silahların istehsalı üçün 150 milyard avro kredit ayırmağı planlaşdırır.