AZ

Adambaşına 18 min dollar

İki Qvatemala vətəndaşı minlərlə immiqrantı ABŞ-a qaçaqmalçılıq yolu ilə keçirməkdə ittihamı ilə həbs edilib. ABŞ Ədliyyə Departamenti bazar ertəsi günü “Turko” ləqəbi ilə tanınan Eduardo Dominqo Renoj-Matul və onun 49 yaşlı köməkçisi Kristobal Mejia-Çajın cümə günü saxlandığını və son beş il ərzində immiqrant qaçaqmalçılığı fəaliyyətləri ilə bağlı çoxsaylı ittihamlarla üzləşdiklərini açıqlayıb.

İttihamnamədə bildirilirdi ki, ən azı 12 il fəaliyyət göstərən 51 yaşlı Renoj-Matulun rəhbərlik etdiyi dəstə Qvatemaladan ABŞ-a mühacirlərin daşınması üzrə ixtisaslaşıb.

Bu dəstənin son 5 ildə 20 min immiqrantın qeyri-qanuni yollarla ABŞ-a keçməsini təmin etdiyi iddia edilib. Renoj-Matul və dəstəsinin adambaşına 15-18 min dollar tələb etdiyi bildirilib.

Bildirilib ki, meksikalı qaçaqmalçılarla işləyən dəstə immiqrantları Arizonadan gizli evlərə daşıyıb, daha sonra əlavə pul qarşılığında bu insanları başqa yerlərə köçürüb.

Həmçinin qeyri-qanuni olaraq ABŞ-da olan Renoj-Matul və Mejia-Çajın iki immiqrantı girov saxladıqları və ölümlə hədələyərək qohumlarından pul tələb etdikləri iddia edilir.

Ən azı 7 nəfərin ölümünə görə məsuliyyət daşıdığı iddia edilən ikili ittihamları rədd edib.

Həmin şəxslərin ABŞ-ın müxtəlif bölgələrindəki gizli evlərdən daşınarkən öldüyü bildirilərkən, 2023-cü ilin noyabrında Oklahoma ştatında baş verən yol qəzasında ölən 7 nəfər arasında 4 yaşlı qızın da olduğu vurğulanıb.

44 yaşlı Xose Paxtor-Oxlaj və dəstə üzvü 41 yaşlı Helmer Obispo-Hernandez də Los-Anceles və Nyu-York arasında immiqrantları daşıyarkən ölümlə nəticələnən yol qəzasında iştirak etdiklərinə görə Oklahoma həbsxanasında mühakimə olunurlar.

Paxtor-Oxlajın 2010-cu ildə deportasiya edildiyi bildirilir.

Bildirilib ki, Obispo-Hernandez onu həbs etməyə gələn səlahiyyətlilərə qarşı da başını kəsməklə hədələyib və buna görə mühakimə olunacaq.

Cümə günü 39 yaşlı Rolando Qomez-Qomez və 41 yaşlı Xuan Lopez Qarsiya da dəstə üzvü olmaqda şübhəli bilinərək saxlanılıb.

Renoj-Matul və Mejia-Çaj aprelin 22-də keçiriləcək məhkəmə iclasına qədər girov olmadan həbsdə saxlanıblar. Dəstənin liderlərini ölüm cəzası da daxil olmaqla ağır cəza gözləyir.

Seçilən
65
vaxt.az

1Mənbələr