AZ

Yamal: “Öz performansımı kiminləsə müqayisə etmirəm”

“Barselona”nın futbolçusu Lamin Yamal müsahibə verib.

Futbolpress.az xəbər verir ki, vinger UEFA-nın saytına açıqlamasında oyunundan danışıb:

“Düşünürəm ki, əsas diqqəti oyuna yönəltmək lazımdır. Həmişə komandam üçün ən yaxşısını etmək istəyirəm. Öz performansımı kiminləsə müqayisə etmirəm. Futbola baxanda driblinqlərdən zövq alıram. Oynayanda mən də bunu etməyə çalışıram. Öz oyunumdan həzz alanda fanatlar da bunu sevəcək”.

Lamin bu mövsüm 35 oyunda 11 qol vurub, 16 məhsuldar ötürmə edib.

Seçilən
49
futbolpress.az

1Mənbələr