"Barselona"nın əsas hücumçularından biri olan braziliyalı Rafinya "Liverpul"un transfer hədəfinə çevrilib.
Offsideplus.az xəbər verir ki, İngiltərə nəhəngi 2025-ci ilin yayında müqaviləsi başa çatacaq Məhəmməd Salahın yerinə məhz Rafinyanı düşünürlər.
İspaniya klubu 28 yaşlı futbolçunu təxminən 100 milyon avroya sata bilər. "Transfermarkt" portalına əsasən, hazırda Rafinyanın bazar dəyəri 80 milyon avro təşkil edir. Bu mövsüm braziliyalı hücumçu bütün turnirlərdə 38 oyunda iştirak edib, 24 qol vurub və 18 məhsuldar ötürmə edib.
Qeyd edək ki, bir sıra nüfuzlu nəşrlər həm Rafinyanı, həm də Salahı bu mövsümün sonunda "Qızıl top" mükafatına əsas namizədlərdən biri kimi göstərirlər.