AZ

Macarıstan Aİ-nin Ukraynaya 20 milyard avroluq hərbi yardımını dayandırıb

Macarıstan

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 20 milyard avro hərbi yardım ayırmasına mane olub.

Reyting.az
xəbər verir ki, bunu “Politico” Aİ Şurasının rəy layihəsinə istinadla yazıb.

Avropa səfirlərinin bu gün nəzərdən keçirməli olduğu Aİ Şurasının nəticələrinin son layihəsində xarici işlər naziri Kaja Kallasın təklif etdiyi yeni hərbi maliyyələşdirməyə birbaşa istinad aradan qaldırılıb.

Nəşr qeyd edir ki, Macarıstan böyük ehtimalla Aİ-nin müdafiəsini gücləndirməyə sadiqdir, lakin Ukraynaya yardım paketinin qəti əleyhinədir.

“Macarıstanın təhlükəsizlik zəmanətlərinə və yeni yardıma etirazları Tramp və Vens Oval ofisdə Zelenskiyə qarşı bir araya gəlməzdən əvvəl ortaya çıxıb. Lakin yeni dünya düzəninin Aİ paytaxtlarının pul kisələrinə çox da təsir etdiyi görünmür”, - deyə nəşr yazır.

Qeyd olunur ki, AB Şurasının sədri Antonio Kosta Macarıstanın baş naziri Viktor Orbanı yardım paketinə cəlb etmək kampaniyasında məğlub olduğunu etiraf edib.

“Qeyd edirəm ki, sülhə gedən yol və xüsusən də “güc vasitəsilə sülh” yanaşması ilə bağlı fikir ayrılıqları var”, - Kosta bildirib.

O, öz növbəsində, Avropanın təhlükəsizlik məsələlərini həll etmək üçün “daha suveren, daha bacarıqlı və daha yaxşı təchizatlı” olması zərurətinə dair “geniş razılaşma”nın olduğunu qeyd edib.

Orbandan başqa Slovakiyanın baş naziri Robert Fiko da yardıma etirazını bildirib.

“Politico” əlavə edib ki, Aİ artıq Ukraynaya 2025-ci ilə qədər 60 milyard avro hərbi yardım ayırıb, ona görə də bu pul mütləq veriləcək.

E. KAMAL
Seçilən
24
9
reyting.az

10Mənbələr