
Avropa ölkələri, ABŞ-ın Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxmaması üçün hər cür güzəştə getməyə hazır ola bilərlər. “Ulusum”.az xəbər verir ki, bunu Türkiyənin "Vatan" partiyasının Mərkəzi Komitəsinin üzvü İhsan Sefa, sosial şəbəkə Facebook-da bildirib."Onlar [avropa ölkələri] ABŞ-ın NATO-dan çıxmasının qarşısını almaq üçün hər cür güzəştə gedə bilərlər", — deyə o qeyd edib.Əgər ABŞ alyansdan çıxarsa, Fransa və Böyük Britaniya bu təşkilata rəhbərlik edərək "onu öz imperalist məqsədləri üçün istifadə edə bilərlər", — deyə Sefa proqnozlaşdırıb. O, əlavə edib ki, Türkiyənin NATO-da qalması, ölkənin Aİ-də tamhüquqlu üzvlüyündən və Aİ-nin terrorizm mövzusunda Türkiyənin lehinə mövqeyindən asılı olacaq.
Diqqət Çəkənlər
Hikmət Hacıyev BMT nümayəndəsi ilə görüş keçirib
Közərmə lampalarına qadağa qoyulacaq
Məktəbli intihar edib