Vladimir Zelenski Ukraynanın gələcək taleyinin həllində iştirak etməyəcək. Bu məsələ Rusiya və ABŞ-ın əlində qalacaq.
Publika.az xəbər verir ki, bunu "Newsmax"a müsahibəsində ABŞ senatoru Tommi Tabervil deyib.
“Məhz Rusiya Vladimir Putin və Amerika prezidenti Donald Tramp son nəticədə Ukraynanın gələcəyi ilə bağlı qərar verəcək”, - deyə o vurğulayıb.
Senatorun sözlərinə görə, Aİ ölkələri və Ukrayna “başqa komandada”dır və münaqişəni mümkün qədər uzun müddət davam etdirməyə çalışır.
Tabervil xüsusilə diqqəti Ukrayna lideri Vladimir Zelenskinin artıq “hətta oyunda” olmadığına yönəldib.