AZ

Moskvada Ümummilli Lideri Heydər Əliyevin abidəsinin təməlqoyma mərasimi olub

Bakı. Trend:

Moskvada Azərbaycanın Rusiyadakı Səfirliyinin yaxınlığındakımeydanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsinintəməlqoyma mərasimi keçirilib.

Trend xəbər verir ki, xatirəlövhəsində deyilir: “Burada iki dəfə Sosialist Əməyi Qəhrəmanı,görkəmli dövlət və siyasi xadim, Nazirlər Sovetinin Baykal-Amurmagistral yolunun tikintisi və inkişafı komissiyasının sədrininabidəsi ucaldılacaqdır”.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev,Moskva şəhərinin meri Sergey Sobyanin, Rusiya Baş nazirinin müaviniVitali Savelyev, Baykal-Amur magistralının tikintisininveteranları, SSRİ Nəqliyyat Nazirliyi və başqaları iştirakediblər.

Heydər Əliyev SSRİ Nazirlər Sovetinin Baykal-Amur magistralınıntikintisi və inkişafı üzrə Komissiyasının sədri vəzifəsini tutmuşvə bu strateji əhəmiyyətli layihənin inkişafına böyük töhfəvermişdir. Abidənin Moskvada ucaldılması Azərbaycan xalqınınÜmummilli Lideri Heydər Əliyevin Sovet İttifaqı qarşısında,Baykal-Amur magistral xəttinin tikintisində və inkişafındaxidmətlərinin tanınmasının rəmzidir.

Xəbər yenilənəcək

Seçilən
11
12
az.trend.az

10Mənbələr