AZ

Filippində FA-50 qırıcısı radarlardan itib

Filippin Hərbi Hava Qüvvələrinə məxsus FA-50 döyüş təyyarəsi gecə manevrləri zamanı radarlardan itib.

Qaziler.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat katibi Mariya Konsuelo Kastilyoya istinadən “GMA News” telekanalı məlumat yayıb.

"Təyyarə hədəf əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl missiyanın qalan hissəsi ilə əlaqəni itirib”, - Filippin Hərbi Hava Qüvvələrinin sözçüsünün açıqlamasında qeyd edili.b

Kastilyo əlavə edib ki, təlimdə iştirak edən digər təyyarələr Maktan adasına geri qayıtmazdan əvvəl itkin düşən qırıcı ilə əlaqə yaratmağa çalışıb. Hazırda ölkənin Hərbi Hava Qüvvələri axtarış əməliyyatı aparır. Kastilyo bildirib ki, FA-50 qırıcısının iki pilotunun taleyi məlum deyil.

QAZİLER.AZ

Seçilən
24
qaziler.az

1Mənbələr