AZ

İri ticarət şəbəkələrində 550 sahibkarın məhsullarının satışına dəstək göstərilib

Bakı, 4 mart, AZƏRTAC

KOB subyektlərinin satış imkanlarının genişləndirilməsinə dəstək məqsədilə 2024-cü ildə 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, 60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdə keçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla) ödənişsiz iştirakı təmin edilib.

Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması və satışına dəstək verməklə 10 “KOB Fest” sərgi-satış yarmarkası keçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala, Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilmiş yarmarkalarda 471 sahibkar məhsul və xidmətlərini təqdim etməklə satışını həyata keçirib.

Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iri ticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isə onlar üçün ayrılmış 8 satış nöqtəsində 20-dən çox KOB subyektinın məhsullarının satışına başlanılıb.

Seçilən
35
13
azertag.az

10Mənbələr