AZ

Yaponiya bir həftədən çoxdur davam edən meşə yanğınları ilə mübarizə aparır

İvate prefekturasının Ofunato şəhərində artıq 6 gündür ki, Yaponiyada son 35 ilin ən böyük meşə yanğını davam edir. Martın 4-nə olan son məlumatlara görə, yanğın 300 hektar artaraq 2100 hektar ərazini əhatə edib. Bu yanğın miqyasına görə 1992-ci ildə Kuşiroda (Hokkaydo) 1030 hektar meşənin məhv edildiyi yanğından daha böyükdür.

Şəhər rəsmiləri 1896 təsərrüfatdan 4596 sakinin təxliyəsi barədə göstəriş verib. İndiyədək 3661 nəfər evlərini tərk edib ki, bu da Ofunato əhalisinin təxminən 11%-ni təşkil edir. Yerli sakinlər yanğının qarşısı alınmadığından ətrafa yayılan tüstünü narahatlıqla izləyirlər.

Yanğınsöndürmə əməliyyatında 19 helikopter, o cümlədən Yaponiya özünümüdafiə qüvvələrinin səkkizi, eləcə də yerüstü yanğınsöndürmə briqadaları iştirak edir. Ofunato administrasiyasının məlumatına görə, 1197 təxliyə edilən şəxs bazar ertəsi səhər saatlarına kimi 12 xüsusi mərkəzdə yerləşdirilib, daha 2464 nəfər isə qohumlarının və ya başqa yerlərdə sığınacaq tapıb.

Yanğın və Təbii Fəlakətlərin İdarə Edilməsi Agentliyinin məlumatına görə, yanğın artıq 80-dən çox ev və binanı məhv edib.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
32
oxumeni.az

1Mənbələr