AZ

Erməni spiker: “Görünən addımlar etsək, məhbuslar heç vaxt geri qayıtmaya bilər

Əgər biz görünən addımlar etsək, məhbuslar bir daha geri qayıtmaya bilər.

Herbiand.az bildirir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində respublika hakimiyyətinin məhbusların qaytarılması üçün heç bir görünən addım atmaması ilə bağlı ittihamlara toxunaraq deyib.

“Bəs necə olur ki, 150 nəfərdən 23 nəfər qalıb? Mən sizə başqa bir şey deyim: bu 23 nəfərdən Qarabağı tərk edərkən nəzarət-buraxılış məntəqəsində əsir düşən 11-12 nəfəri çıxarsanız, 44 günlük müharibədən sonra təsdiqlənmiş 152 məhbusdan təxminən 10-11 nəfər qalıb”, - Simonyan qeyd edib.

Onun sözlərinə görə, elə bir iclas yoxdur ki, orada məhbuslarla bağlı məsələ qaldırılmasın: “Hətta mənim Azərbaycan Milli Məclisinin sədri ilə görüşlərim zamanı da bu məsələ müzakirə olunurdu və bu, birinci dərəcəli əhəmiyyət kəsb edirdi. Düşünürəm ki, iclasların davam etdirilməməsinin səbəblərindən biri də əsas olmasa da, çox israr etməyim olub. Bu gün mənim də məhbuslarımızdan birinin qohumu ilə görüşüm olacaq ki, bu da dövri bir hadisəyə çevrilib. Ona görə də sizdən xahiş edirəm, əgər məhbusların geri qayıtmasını istəyirsinizsə, gəlin bu məsələnin üzərində çox dayanmayaq, çünki bu proses davam edir və bizim üçün prioritet məsələdir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
84
herbiand.az

1Mənbələr