“Bavariya”nın futbolçusu Saşa Boe komandadan göndəriləcək.
İdmanxeber.az-ın məlumatına görə, məşqçilər heyəti 24 yaşlı müdafiəçinin çıxışından narazıdı. Onunla mövsüm sonu yollar ayrılacaq.
Fransalı futbolçu cari mövsüm münhenlilərin heyətində 13 oyuna çıxıb. Boe 2024-cü ildə “Qalatasaray”dan Bundesliqa klubuna keçib.