Bu barədə Aktual.az-ın sorğusuna cavab olaraq Azercell-dən bildirilib:
""Asan İmza" xidmətində bəzi əməliyyatların keçməsində müəyyən gecikmələr müşahidə olunurdu. Tərəfimizdən xidmətin fəaliyyətini təmin edən aidiyyəti qurumlar, tərəfdaş və xidmət təchizatçıları ilə dərhal əlaqə saxlanılıb. Görülmüş zəruri tədbirlər nəticəsində hazırda xidmətdən tam normal əsaslarla istifadə edilməsi imkanı təmin edilmişdir" - deyə açıqlamada qeyd olunub.