AZ

Kapitanla bağlı növbəti üzücü xəbər gəldi

“Turan Tovuz” kapitanı ilə bağlı üzücü xəbər alıb.
Zədə səbəbindən bu il meydana çıxmayan Şəhriyar Əliyevin ən pis halda martda meydana qayıdacağı gözlənilirdi.
Bir neçə gün öncə qaçışla kifayətlənən təcrübəli müdafiəçi ayağında yenidən ağrılar hiss edib.
Həkim baxışından sonra məlum olub ki, Əliyev daha bir müddət müalicəsini davam etdirməlidir.
Bu, o deməkdir ki, Şəhriyar qarşıdakı matçlarda komandasına kömək edə bilməyəcək.
O, ən yaxşı halda “Qarabağ”la oyun ərəfəsində kollektiv məşqlərə qoşulacaq.
Bölgə təmsilçisi hazırda digər zədəlilər Roderik Millerlə Denis Marandiçinin də xidmətindən yararlana bilmir.
HƏBİB

Seçilən
34
1
sportinfo.az

10Mənbələr