AZ

AzMİU və Qızıl Orda Korkut Ata Dövlət Universiteti arasında akademik əməkdaşlıq müzakirə edilib (FOTO)

Bakı. Trend:

Qazaxıstanın Qızıl Orda Korkut Ata Dövlət Universitetininrektoru Beybitkul Karimovanın rəhbərlik etdiyi nümayəndə heyətiAzərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağıolub.

Trend xəbərverir ki, bu barədə AzMİU məlumat yayıb.

Bildirilib ki, qazaxıstanlı qonaqlar AzMİU-nun rektoru professorGülçöhrə Məmmədova ilə görüşüb.

Rektor Gülçöhrə Məmmədova qonağı salamlayaraq Azərbaycan vəQazaxıstan arasında dostluq və strateji tərəfdaşlıqmünasibətlərinin təhsil sahəsində də uğurla inkişaf etdiyini qeydedib. Rektor Qızıl Orda Korkut Ata Dövlət Universiteti ilə AzMİUarasında uğurla davam edən akademik və elmi əməkdaşlıqdan danışıb.Bu əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyinətoxunub.

Qızıl Orda Korkut Ata Dövlət Universitetinin rektoru BeybitkulKarimova AzMİU-da olmaqdan məmnunluğunu ifadə edib. Təhsilsahəsində innovativ yanaşmaların tətbiqinin və elmi-tədqiqatistiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O,gələcəkdə iki universitet arasında əməkdaşlığın yeni perspektivləraçacağına inandığını deyib.

Dəyirmi masa ətrafında keçən görüş zamanı AzMİU və Qızıl OrdaKorkut Ata Dövlət Universiteti arasında 2023-cü ildə imzalanmışmemoranduma diqqət çəkilib və bu sənəd çərçivəsində aktivəməkdaşlıq platformasının formalaşdığı qeyd olunub.

Bundan əlavə akademik mübadilə proqramlarının genişləndirilməsi,ortaq elmi tədqiqat layihələrinin həyata keçirilməsi və beynəlxalqreytinqlərdə mövqelərin gücləndirilməsi istiqamətində müzakirələraparılıb. Eyni zamanda ali təhsil sahəsində əməkdaşlığın inkişafetdirilməsi və müvafiq sahələrdə yeni addımlar atılması barədərazılıq əldə edilib.

AzMİU
AzMİU
AzMİU
AzMİU
Məqalədə:
Seçilən
15
5
az.trend.az

6Mənbələr