
“İlon Maskın nəzarət etdiyi ABŞ Hökumətinin Səmərəliliyi İdarəsi (DOGE) Pentaqonun qənaət edə biləcəyi 80 milyon dollar israfçı xərcləri müəyyən edib”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Parnel “X”də yayımlanan videoda bildirib.
“Biz bu ilkin səylər vasitəsilə lazımsız xərclərə gedən 80 milyon dollar qənaət edə biləcəyimizi gözləyirik”, - Parnel deyib.