Misli Pemyer Liqasının XXV turu çərçivəsində bu günə nəzərdə tutulan sonuncu, sayca ikini görüş Masazırda oynanılacaq.
Offsideplus.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Kubokun yarımfinalına yüksələn komandaların çempionatda məqsədləri fərqlidir. "Sabah" 5-ci pillədə "lövbər salıb", "Araz-Naxçıvan" isə ötən tur itirilmiş ikinci sıranı qaytarmaq niyyətindədir.
“Sabah” 1–1 “Araz-Naxçıvan” (ikinci hissə)
Qol: Xəyal Əliyev, 6 (1:0); Benny, 11 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov
VAR: Tural Qurbanov
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”, 19:30