“İnter”in və İtaliya millisinin sol cinah müdafiəçisi Federiko Dimarko zədələnib.
Publika.az xəbər verir ki, o, bud əzələsindən xəsarət aıb. Bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb.
Həkimlər DiMarkonun təxminən 3 həftə buraxacağını proqnozlaşdırırlar. Bu o deməkdir ki, o, Çempionlar Liqasının 1/8 final mərhələsində “Feyenoord”a qarşı hər iki matçı (5 və 11 mart), eləcə də A Seriyasında “Monza” və “Atalanta” ilə görüşləri (müvafiq olaraq 8 və 16 mart) buraxacaq.
Federiko böyük ehtimalla milli komandanın oyunları ilə əlaqədar yaranacaq fasiləsindən sonra geri qayıdacaq.