AZ

​Ərəb Liqası fələstinlilərin məcburi köçürülməsini rədd edir -

Ərəb Liqası fələstinlilərin məcburi köçürülməsini rədd edir. Metbuat.az xəbər verir ki, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt belə açıqlama verib. O, Misirin paytaxtı Qahirədə keçirilən Ərəb Dövlətləri Liqasının sammitindən sonra təşkil edilən mətbuat konfransında danışıb. O, təşkilatın Qəzza zolağının yenidən qurulmasını dəstəklədiyini bildirib. Atəşkəsin böyük çətinliklərlə üzləşdiyini xatırladan Əbu Qeyt, atəşkəsin davamlı olmasının prioritet olduğunu vurğulayıb. Əbu Qeyt bildirib ki, bu, Qəzzada yeni təhlükəsizlik və siyasi prosesin həll yolunu müəyyənləşdirir.

Onun sözlərinə görə, ərəb ölkələri problemin həll edilməsində iki dövlətli siyasətini dəstəkləyir.

Seçilən
70
16
metbuat.az

10Mənbələr