Muğlada bir nəfərin avtobus sürücüsü olan Cihan Yıldırıma dediyi təsadüfi sözlər böyük bir hadisəyə səbəb olub.
News24.az bildirir ki, həmin adam Cihana bu sözləri deyib: "Atana salam de, sən kömürçü Orxanın oğlu deyilsənmi?" Bu sözlərdən sonra Cihan atalıq iddiası qaldıraraq DNT testi etdirib.
6 illik prosesdən sonra məhkəmənin qərarı ilə Orxan Karacanın Cihanın atası olduğu sübut olunub. Məhkəmənin bu qərarı ilə Cihan Yıldırım 300 milyon TL-lik sərvətə ortaq olub.
Zəhraxanım Şeydayeva