"Real Madrid" - "Atletiko Madrid" oyununda (2:1) ikinci qolun müəllifi Brahim Diaz rəqib komandanın baş məşqçisi Dieqo Simeoneyə cavab verməyi unutmayıb.
Offsideplus.az xəbər verir ki, Simeone oyundan əvvəl keçirilən mətbuat konfransında bu sözləri demişdi:
"Real"ın yarımmüdafiə xətti? Məncə Kamavinqa və Modriç oynayacaq. İnanmıram ki, Brahim meydana çıxsın".
Meydana start heyətdə çıxan Brahim Diaz isə 55-xi dəqiqədə "Kral klubu"na qələbə gətirən qolundan sonra Simeoneyə bu sözləri qışqırıb: Danış indi! Dünən danışırdın. İndi danış görək!"
Qeyd edək ki, komandalar arasında Çempionlar Liqasının 1/8 finalı üzrə cavab matçı 12 mart Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.