İsrail Hərbi Hava Qüvvələri Livan ərazisinə yeni zərbə endirib, məqsədi şiə Hizbullah hərəkatının Radvan dəniz xüsusi təyinatlı bölməsinin komandirini məhv etmək olub. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
“İsrail Hərbi Hava Qüvvələri Livanın Qana bölgəsində Hizbullahın Radvan xüsusi təyinatlı bölməsində dəniz komandiri olan və İsrail dövlətinə və onun vətəndaşlarına qarşı terror fəaliyyətlərində iştirak edən terrorçu Xadir Səid Haşemi vuraraq məhv edib”, - deyə məlumatda bildirilir.
İsrail ordusunun sözçüsü qeyd edib ki, “Xadir Səid Haşemin fəaliyyəti İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır”.
Əziz Mustafa, Oxuməni.az