Bu gün Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulacaq.
Futbolpress.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçiriləcək.
Elitada qalmaq mübarizəsi aparan “Kəpəz” Tovuzda “Neftçi” ilə üz-üzə gələcək. Matça saat 17:00-da start veriləcək.
Azərbaycan Premyer Liqası
XXV tur
5 mart
17:00 “Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu