"Real Madrid" ötən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında "Atletiko Madrid"i 2:1 hesabı ilə məğlub edib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu qələbə "kral klubu"nun Çempionlar Liqası tarixində 300-cü zəfəri olub.
Mənbə təsnifat mərhələsinin oyunlarını nəzərə almayıb.
Beləliklə, "Real Madrid" Avropanın ən nüfuzlu klub yarışmasında 300 qələbə qazanan ilk klub olun. “Bayern” ikinci yerdədir, lakin Münhen komandası çox geridədir – 237 qələbəsi var. Bu baxımdan kiminsə nə vaxtsa "Real Madrid"ə çata biləcəyini söyləmək çətin görünür.
Qeyd edək ki, “Real Madrid” tarixində 15 dəfə qitənin əsas kubokunu başı üzərinə qaıdırıb.