AZ

Fələstin seçkiyə GEDİR

Fələstin Prezidenti Mahmud Abbas bir il ərzində bütün ölkə ərazisində ümumi seçki keçirməyə hazır olduğunu açıqlayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, o bu barədə Ərəb Dövlətləri Liqasının Misirdə keçirilən fövqəladə sammitinin açılışında bildirib.

“Biz təsdiq etmək istərdik ki, şərait imkan verərsə, bir il ərzində həm prezident, həm də parlament seçkisi keçirməyə tam hazırıq”, - Abbas vurğulayıb.

Fələstin lideri qeyd edib ki, o, təkcə İordan çayının Qərb sahili və Şərqi Qüdsdə deyil, Qəzza zolağında da seçki keçirilməsini nəzərdə tutur.

Seçilən
185
10
redaktor.az

10Mənbələr