AZ

ABŞ yardımı dayandırdı - Fransadan ŞOK ÇAĞIRIŞ

Fransa və Avropa ABŞ-ın Ukraynaya yardımını mümkün qədər əvəz etmək üçün bütün mümkün vasitələri birləşdirməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Fransa Baş naziri Fransua Bayru ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmasını şərh edərkən deyib.

O vurğulayıb ki, Ukrayna hərbçilərinə döyüş sursatı, rabitə və kommunikasiyalara çıxış, həmçinin müəyyən sayda kəşfiyyat sistemləri lazımdır:

“Bu, bizi modelimizi, prioritetlərimizi yenidən nəzərdən keçirməyə və bildiyimizi düşündüyümüz dünyaya fərqli gözlə baxmağa vadar edəcək. Biz aşkar etdik ki, bu dünya düşündüyümüzdən daha təhlükəlidir və bu təhlükə bizim müttəfiq hesab etdiyimiz şəxslərdən qaynaqlanır”./axar.az

Seçilən
186
50
bakivaxti.az

10Mənbələr