AZ

İƏT Baş katibi Xarici İşlər Nazirliyində

Xarici işlər naziri Ceyhun Bayramov İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam ilə görüşüb.

Söhbət zamanı Azərbaycanın D-8-ə üzvlüyündən irəli gələn əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub. Nazir Ceyhun Bayramov D-8-in ötənilki sammiti çərçivəsində ölkəmizin quruma üzv seçilməsinin Azərbaycanın artan regional və beynəlxalq nüfuzunun, habelə Təşkilat tərəfindən göstərilən etimadın təcəssümü olduğunu məmnunluqla qeyd edib. Üzvlüyümüzün öz növbəsində D-8-in tarixində ilk genişlənmə olaraq tarixə düşdüyü, öz növbəsində ölkəmizin təmsilçiliyinin, o cümlədən Təşkilatın coğrafiyasının genişlənməsində mühüm rol oynadığı qeyd edilib.

Tərəflər, eyni zamanda, D-8 çərçivəsində müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat, kommunikasiyalar, humanitar, təhsil və s. sahələr üzrə əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu qeyd edərək, bu istiqamətdə gələcək planlar üzrə müzakirə aparıblar. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

XQ

Seçilən
83
29
xalqqazeti.az

10Mənbələr