İsrail dövlət televiziyası KAN bildirib ki, İsrail və ABŞ Hərbi Hava Qüvvələri 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumundan sonra ilk dəfə Aralıq dənizi üzərində təlimlər keçirib.
Turkustan.az xəbər verir ki, hesabatda Yaxın Şərqdə dəyişən hadisələrin və təhdidlərin kölgəsində keçirilən strateji əhəmiyyətli hava qüvvələri təlimlərinin İrana bir mesaj olduğu bildirilib.
Xəbərdə birgə təlimə onlarla döyüş təyyarəsi, yanacaq dolduran təyyarə və strateji bombardmançı təyyarənin qatıldığı bildirilsə də, təlimin nə vaxt keçirildiyi barədə məlumat verilməyib.
ABŞ hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Aytən Yaşar/ Turkustan.az