İtaliya A seriyasının qarşılaşmaları ABŞ-da təşkil edilə bilər.
Offsideplus.az xəbər verir ki, bu ideyanı A seriyasının prezidenti Etsio Simonelli irəli sürüb.
O, tarixi haiisəni gerçəkləşdirmək niyyətində olduqlarını bildirib: "Biz ABŞ-da çempionat keçirəcək ilk liqaya çevrilmək istəyirik. Bu bazara çox ümid bağlayırıq. A seriyasındakı klublardan 9-nun sahibi amerikalı, birinin isə kanadalıdır. Məni bu vəzifəyə seçdiklərinə görə minnətdarlığımı bildirirəm. Eyni zamanda qeyd edim ki, bizim digər potensial müştərilərimiz də var".
E.Simonelli İtaliya çempionatını ABŞ-da nə zaman və hansı formada keçirilməsi planlarının detallarını açıqlamayıb.