AZ

Bütün gözlər Trampın ABŞ Konqresində çıxışında: “Zelenski masa arxasında oturmağa hazırdır, Rusiyadan da siqnal almışam”

ABŞ prezidenti Donald Tramp Konqresin birgə iclasındakı çıxışında vəzifəyə gəldikdən sonra atdığı addımları dəyərləndirib.

Editor.az xəbər verir ki, o, çıxışına “Amerika qayıdıb” deyərək başlayıb və rəhbərlik etdiyi qurumun 44 gündə ölkəni dəyişdirdiyini vurğulayıb. Administrasiyasının sürətinə diqqət çəkən Tramp, sələfi Baydeni ABŞ tarixinin ən pis prezidenti kimi xarakterizə edib.

Çıxışının əvvəlində vəzifəyə gəldiyi 44 gündə atdığı addımları dəyərləndirən Tramp ölkənin yeni dövrə qədəm qoyduğunu bildirib. Prezident Tramp andiçmə mərasimində verdiyi mesajı xatırladaraq deyib: “Altı həftə əvvəl burada, Amerikanın qızıl dövrünün şəfəqini elan etdim”. Həmin andan etibarən sürətli və qətiyyətli addımlar atdığını ifadə edən Tramp ölkə tarixinin ən böyük və ən uğurlu dövrünə başlamaq üçün çalışdıqlarına diqqət çəkib.

//Gülnarə Abasova, Editor.az

 

Seçilən
33
editor.az

1Mənbələr