AZ

Ashgabattimes portalında Azərbaycanın turizm potensialı haqqında məqalə dərc edilib

Bakı. Trend:

Türkmənistanın ashgabattimes.com portalı Azərbaycanın turizmpotensialını əks etdirən Azerbaijan.Travel platforması haqqındaməqalə dərc edib.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının TürkmənistandakıSəfirliyindən məlumat verilib.

Türkmən, ingilis və rus dillərində yayımlanmış materialdaAzerbaijan.Travel platforması haqqında geniş məlumat verilib.Azərbaycanın turizm imkanları, marşrutları, tarixi, turistikyerləri haqqında informasiya təqdim olunub. Eyni zamanda,ashgabattimes.com portalının baş səhifəsində Azerbaijan.Travelturizm saytının banneri yerləşdirilib və hiperlink olaraqistiqamətləndirilib.

Məqalədə qeyd olunub ki, Azerbaijan.Travel platformasıturistlərə Azərbaycanın zəngin tarixi, mədəniyyəti, təbiəti vəturistik yerləri haqqında ətraflı məlumatlar təqdim edir. PortaldaBakı şəhərinin unikal memarlığı, tarixi və mədəniyyəti ilə tanıdan"Bakı şəhəri" bölməsi xüsusi diqqət çəkir. İçərişəhər və Qobustankimi UNESCO Ümumdünya İrsi Siyahısına daxil olan ərazilər, həmçininGöygöl gölü kimi təbiət inciləri, qış turizmi barədə genişməlumatlar yer alır. Platformada həmçinin, Lahıc bölgəsində yerlisənətkarlıq və qədim mədəniyyətlə tanış olmaq imkanı da təqdimedilir.

Eyni zamanda materialda bildirilib ki, Azerbaijan.Travel portalıAzərbaycanın digər turistik bölgələri və ənənələrini tanıdanbölmələrlə də zəngindir. Sayt turistlərə səyahət planlaşdırmaq,eləcə də mehmanxanalar, restoranlar və yerli xidmətlər haqqındafaydalı imkanlar verir. Bu turizm platforması eyni zamanda,Azərbaycanın təbii və mədəni zənginliklərini tanıtmaqla yanaşı,turistlərin rahat və mükəmməl bir səyahət təcrübəsi yaşaması üçünvacib məlumatlarla təmin edir. Həmçinin, bu platforma Azərbaycanınzəngin ənənələrini və mədəni irsini dünya miqyasında tanıtmağıhədəfləyir.

Bununla yanaşı, məqalədə Türkmənistan vətəndaşlarınınAzərbaycana səfər etmə prosesi, o cümlədən TürkmənistandakıSəfirliyimizdən viza almaq və ASAN Viza xidməti vasitəsilə elektronviza əldə etmək imkanları haqqında ətraflı informasiya təqdimolunub.

https://ashgabattimes.com/index.php/en/2025/03/azerbaijan-travel-website-a-unique-guide-for-tourists/

https://ashgabattimes.com/index.php/2025/03/veb-portal-azerbaijan-travel-unikalnyj-putevoditel-dlya-turistov/

https://ashgabattimes.com/index.php/tm/2025/03/azerbaijan-travel-web-portaly-syyahatcylar-ucin-ozbolusly-yolbelet/

Seçilən
37
4
az.trend.az

5Mənbələr