ABŞ Britaniyaya Amerika kəşfiyyat məlumatlarının Ukraynaya verilməsini qadağan edib. Bu barədə Britaniyanın Daily Mail qəzeti mənbələrə istinadən yazır.
“Birləşmiş Ştatlar Böyük Britaniyaya Vaşinqtondan Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı qadağan edib”, - nəşr yazır.
Böyük Britaniyanın hərbi kəşfiyyat üzrə eksperti Phil Ingram nəşrə bildirib ki, Birləşmiş Krallıq da daxil olmaqla ABŞ tərəfdaşlarının kəşfiyyat məlumatlarını bölüşmək səlahiyyətləri “ləğv edilib”.
Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını rəsmən təsdiqləyib. Bu qərar fevralın 28-də Ağ Evin Oval kabinetində ABŞ prezidenti Donald Tramp və Zelenski arasında mübahisədən sonra verilib. Kiyev Rusiya ilə sülh danışıqlarına hazır olduğunu nümayiş etdirməyənə qədər ABŞ-ın Ukraynaya kömək edəcəyi gözlənilmir. Həmin vaxta qədər ABŞ Polşadan tranzit keçən silahlar da daxil olmaqla, bütün hərbi yardımların çatdırılmasını dayandıracaq.
Əziz Mustafa, Oxuməni.az