AZ

Sumqayıtda qadın qadını bıçaqladı - DİN-dən açıqlama

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Axar.az xəbər verir ki, hadisə şəhərin "Betonzavod" adlanan ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Çinarə İsmayıl qızı Nəbiyeva aralarında baş vermiş münaqişə zəminində qonşusu,1966-cı il təvəllüdlü Xırda Zərbala qızı Məmmədovaya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Sumqayıtda qadının bıçaqlanması ilə əlaqədar araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, martın 4-də Sumqayıt şəhəri ərazisində 59 yaşlı qadına kəsici alətlə xəsarət yetirilməsi və xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Məsələ ilə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır.
Seçilən
124
25
sherg.az

10Mənbələr